Türkiyədə səsvermə prosesi problemsiz şəkildə davam edir.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener deyib.
O, indiyədək seçkidə problemin qeydə alınmadığını bildirib. "Ümid edirəm ki, səsvermə prosesi problemsiz və şəffaf keçiriləcək", - YSK sədri vurğulayıb.
Ahmet Yenerin sözlərinə görə, namizədlər siyahısında dəyişiklik edilməyib. Məhərrəm İncənin namizədliyini geri götürməsinə baxmayaraq, vətəndaşlar ona da səs verə biləcək.