Rusiya və Ukrayna arasında müharibə davam edərkən, Rusiya prezidenti Putinin Qara dəniz sahilindəki gizli bunkerin görüntüləri ortaya çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın "Business Insider" nəşri araşdırma aparıb. Belə ki, nəşr milyard dollarlıq yaşayış kompleksinin təfərrüatlarını paylaşaraq, iqamətgahda qəlyan salonu, şərab zirzəmisi, kilsə, buz və helikopter meydançası olduğunu yazıb.
Yayımlanan sənədlərdə lüks iqamətgahın altında gizli liftin olduğu və 50 metr aşağı enərək Qara dəniz sahilinə çıxışı təmin etdiyi bildirilib:
"Memarlıq təsvirlərinə görə, tunellər çox qalın betondan hazırlanır, təmiz su və hava ilə təmin edilir. Bunkerdə günlərlə, hətta aylarla sağ qalmaq mümkündür".
Putinin iqamətgahının altındakı uzun tunellər 3D rəsmlərdə əks olunub. Xəritə və çertyojlarda tunellərin uzunluğunun 40-60 metr olduğu bildirilərkən, eninin 6 metr olduğu da qeyd olunub.
Gülayə Mecid