Türkiyənin Van şəhərində heyvan otaran iki çobanı ildırım vurub. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Başkale rayonunda baş verən hadisədə ağır xəsarət alan çobanlardan biri 22 yaşlı Səlahəddin İsaoğlu təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb. 

20 yaşlı Tacettin Delinin səhhətinin yaxşı olduğu açıqlanıb. 

Onların həyatı üçün təhlükə yoxdur. 

Seymur Əli