Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, mətndə deyilir:
"Cənab Prezident!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".