Prezident İlham Əliyev Seymur Qurban oğlu Mərdəliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezidentin digər Sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.