ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"28 May – Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Zati-alinizə və xalqınıza salamlarını və təbriklərini çatdırmaqdan şərəf və fəxarət hissi duyur.

ICESCO üzv dövlətlərin qeyd etdiyi əlamətdar günlər də daxil olmaqla, bütün işlərdə onları dəstəkləməyə daim hazır olduğuna sadiqliyini bildirir. Biz bu əlamətdar günü Sizinlə və bütün xalqınızla birlikdə qeyd edirik.

Hazırda və gələcək illərdə ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".

***

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək. Mən, həmçinin əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcək. Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm.

Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı üçün dualar edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, əziz İlham!

İcazə verin, Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi ünvanlayım.

Ötən otuz il ərzində və diplomatik münasibətlərimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub.

Avropa və xarici işlər naziri Katrin Kollonanın aprelin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir. Bu, həmçinin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi.

Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Emmanuel Makron

Fransa Respublikasının Prezidenti"

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə demək istəyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Böyük geosiyasi dəyişikliklər, eləcə də siyasi və iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, o cümlədən xarici siyasətinə anlayış və hörmət göstərmək son dərəcə vacibdir.

Sizin müdrikliyiniz və xarizmanız ölkənizi, xalqınızı tərəqqi yolu ilə irəliyə aparır və onilliklərdir ki, xalqınızın etimadını doğruldursunuz. Bu, təqdirəlayiq və hörmət ediləsi bir həqiqətdir.

Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edəcək və möhkəmlənəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.

Möhtərəm Prezident, icazə verin, Sizə bir daha dərin minnətdarlığımı, möhkəm cansağlığı, eləcə də dost Azərbaycan xalqının firavanlığı və inkişafı naminə xoş arzularımı çatdırım”.

***

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən xoş və səmimi arzularımı çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Fürsətdən istifadə edərək bir daha bildirirəm ki, keçən ilin noyabrında Sizin Tiranaya dövlət səfəriniz mənim üçün və alban xalqı üçün məmnunluq doğuran böyük şərəf idi.

Bu səfərin əhəmiyyəti və müzakirə olunan məsələlər ölkələrimiz, xalqlarımız arasında əla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Mən böyük məmnunluqla qeyd edirəm ki, son illərdə qarşılıqlı maraq doğuran sahələrdə dinamik inkişaf müşahidə olunur.

Cənab Prezident, Sizinlə tezliklə görüşmək arzumu bir daha bildirirəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***14:36

Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Malta xalqı ilə birlikdə Sizə və xalqınıza səmimi təbriklərimizi çatdırırıq.

Malta Respublikası ilə Azərbaycan Respublikası arasında uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirmək üçün bundan sonra da birgə çalışacaqlar.

Malta Azərbaycan ilə regional və çoxtərəfli müstəvidə, o cümlədən BMT və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində sıx əlaqələri dəstəkləməkdə davam edir.

Qlobal sülhün, təhlükəsizliyin və rifahın təşviqinə sadiq olan Malta hazırda beynəlxalq ictimaiyyətin üzləşdiyi bir sıra çağırışların həlli yollarının tapılacağına inanır. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta təşkilatın Nizamnaməsinin əsas prinsiplərini dəstəkləməklə belə çağırışlara qarşı mübarizədə öz rolunu oynamaqda qərarlıdır.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***14:32

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

Əlamətdar tarix – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!

Azərbaycan dövlət quruculuğu sahəsində, geniş iqtisadi və sosial islahatların aparılmasında nəzərəçarpan uğurlar nümayiş etdirir. Azərbaycan zəngin ehtiyatlara və intellektual potensiala malik olan, dinamik inkişaf edən, milli ənənələrinin orijinallığını qoruyub saxlayan, bütün dünyada tanınan istedadlı mədəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirən ölkədir.

Siz dahi atanızın – ölkənizin Ümummilli Lideri Heydər Əliyevin kursunu layiqincə davam etdirirsiniz. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafı Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verərək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və Azərbaycanın daha da inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıram".

***14:14

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"İcazə verin, Sizi və bütün qardaş Azərbaycan xalqını respublikanızın suverenliyini, qüdrətini, parlaq tarixini, azərbaycanlılara xas olan həmrəyliyi və birliyi təcəssüm etdirən Müstəqillik Günü münasibətilə təbrik edim.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ən irimiqyaslı layihələri həyata keçirərək, vətəndaşların rifahını yüksəldərək, regionda və dünyada nüfuzunu və təsirini daim artıraraq beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir.

Əminəm ki, Sizin müdrik siyasi kursunuz sayəsində ölkələrimiz arasında çoxdan mövcud olan möhkəm qarşılıqlı etimad və dostluq ənənələrinə, strateji tərəfdaşlığa, humanitar və iqtisadi əməkdaşlığa əsaslanan mehriban qonşuluq münasibətləri Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün istiqamətlərdə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar bayram günündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikası naminə yeni-yeni nailiyyətlər və qələbələr üçün tükənməz enerji, hər bir Azərbaycan ailəsinə daimi firavanlıq və tərəqqi, sülh və səadət arzulayıram".

***14:12

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da inkişafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq nəsib etsin!

***14:07

Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan Respublikasına və onun xalqına əbədi sülh və firavanlıq arzulayıram.

Latviya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı marağa əsaslanan konstruktiv münasibətlər formalaşıb. Sizinlə Bakıda keçirilən son görüşümüzü və fikir mübadiləmizi, eləcə də bu ilin yazında Qlobal Bakı Forumunda iştirakımı ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, ikitərəfli və çoxtərəfli gündəliyimizin daha da inkişafı üçün biz bu müsbət ənənəni uğurla davam etdirəcəyik.

Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin şahidi olduğumuz bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsipinə əsaslanaraq beynəlxalq təhlükəsizliyi qorumaq üçün birgə çalışmaq həmişəkindən daha vacibdir.

Əminəm ki, biz birlikdə çalışmaqla xalqlarımızın sülh və təhlükəsizlik şəraitində inkişafını təmin edəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı bildirir, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və rifah arzulayıram”.

***13:07

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin ölkəniz bu əlamətdar günü ümummilli birliyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.

Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcəkdir.

Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm.

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm”.

***13:03

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Sizi və bütün qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

Son illər ərzində ölkələrimiz arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə fəallaşmasını, yeni məzmunla zənginləşməsini qeyd etmək fərəhlidir. Əminik ki, Türkmənistan və Azərbaycan Respublikası arasında dostluq, mehriban qonşuluq əlaqələri ümumi rifah naminə bundan sonra da artan xətt üzrə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".

***13:01

Slovakiya Prezidenti Zuzana Çaputova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təhlükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac yaradır.

Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edəcəkdir”.

***13:00

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına ən səmimi salamlarımı çatdırmaq istəyirəm.

Yoxsulluq və bərabərsizlikdən tutmuş, silahlı münaqişə və iqlim dəyişikliyinə qədər dünyamızın üzləşdiyi təhdidlər həmrəyliyə, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan birgə fəaliyyət tələb edir.

Daha yaxşı gələcəyə nail olmaq üçün hər bir ölkə öz milli hüdudlarından kənar aləmi də görməyi bacarmalı və harada yaşamasından asılı olmayaraq bütün xalqlar üçün sülhü, insan hüquqlarını, firavanlıq və davamlı inkişafı daha da möhkəmləndirmək səylərini dəstəkləməlidir.

Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü qeyd edən Azərbaycan Respublikasının bütün xalqına qoşulur. Biz xalqlar və bütövlükdə planetimiz üçün daha yaxşı, daha sağlam və daha təhlükəsiz gələcəyi təmin etmək uğrunda birgə fəaliyyətimizi davam etdirməyi arzulayırıq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***12:56

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və xalqınıza təbriklərimi çatdırır, hamınıza sülh və firavanlıq arzulayıram.

Litvaya son səfərinizdə Sizinlə görüşməkdən çox məmnun oldum. Mən bizim iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi də daxil olmaqla əməkdaşlığımızın geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə bağlı apardığımız müzakirələrimizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu səfər Sizin üçün də məhsuldar olub və Vilnüsdə imzalanmış müqavilələr ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına geniş imkanlar açacaqdır.

Litva ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur. Litva Avropa İttifaqının Azərbaycanla dialoqunun inkişafına güclü dəstək verir. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bizim tərəfdaşlığımız daha da əhəmiyyətlidir. Ümidvaram ki, Ukrayna qalib gələnə qədər ona hərtərəfli dəstək vermək və Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsini təmin etmək istiqamətində əməkdaşlıq fəaliyyətimizi davam etdirəcəyik.

İcazə verin, ikitərəfli qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edim. Litva ilə Azərbaycan arasında informasiya texnologiyaları, istehsal, qida sənayesi və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***12:32

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, hökumətinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***11:47

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

Cənab Prezident!

"Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə davam etməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

***11:17

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.