İran Fələstinin Qəzza zolağının bərpası üçün ərəb ölkələrinə birgə platforma yaratmağı təklif edib.

"Unikal" xəbər verir ki, belə bir təşəbbüslə İranın Ali Rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi Ərəb-İran dialoqunun 4-cü konfransının açılışında çıxış edib.

"Biz məcburi köçkünlərə və Qəzza zolağının yenidən qurulmasına dəstək olmaq üçün ümumi platforma yaratmalıyıq", - o deyib.

Xərrazinin sözlərinə görə, İran anlaşılmazlıqları azaltmaq üçün region ölkələri ilə dialoqa hazırdır. Bu məqsədlə Tehran digər məsələlərlə yanaşı, tədqiqat mərkəzinin yaradılmasını da təklif edir.