Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili yolu keçmək istəyən 1973-cü il təvəllüdlü L.İsmayılovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov