İtaliyanın “Yuventus” klubu son 12 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
"Unikal" xəbər verir ki, komanda 37-ci turun matçında "Milan"a 0:1 hesabı ilə uduzub.
Beləliklə, turinlilərin ölkə çempionatında keçirdiyi 37 oyundan sonra 59 xalı var. Klub A Seriyasının turnir cədvəlində yeddincidir.
Xatırladaq ki, mayın 22-də İtaliya Federal Apellyasiya Məhkəməsi Turin klubunu maliyyə hesabatları ilə saxtakarlığa görə A Seriyasının turnir cədvəlində on xaldan məhrum etmişdi. Bu qərardan sonra Massimiliano Alleqrinin komandasının 59 xalı qalıb.
Eyni zamanda, “Yuventus”un hələ də avrokuboklara düşmək şansı var. Turin klubu 6-cı yerdə olan “Roma”dan bir xal, dördüncü sıradakı “Atalanta”dan iki xal geri qalır.