Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Unikal" xəbər verir ki, çempionatda 68 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü 1/32 finalda qırğızıstanlı Eldar Kurmanaliyev ilə qarşılaşıb.
Azərbaycan idmançısı görüşdən qələbə ilə ayrılıb və 1/16 final mərhələsinə yüksəlib. Bu mərhələdə C.Ağayevin rəqibi Çin idmançısı Çenminq Ksyao olacaq.