İstanbulda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  TEM şosesi Bolu Dağ Tunelinin çıxışında lüks avtomobil yük maşınının qoşqusuna çırpılıb. Hadisə  nəticəsində ölən olmasa da,  lüks avtomobilin sürücüsü əzilmiş maşının içərisində qalıb. 

Maraqlısı budur ki, həmin şəxs xilasedicilər gələnə qədər telefon danışığına davam edib. Sürücü xilasedicilərin yarım saatlıq əməyi nəticəsində avtomobildən çıxıb.  

Xəsarət alan kişi xəstəxanaya çatdırılıb.