Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov dəfn edilib.
"Unikal" xəbər verir ki, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn edilib.
Mərasimdə mərhumun sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.
Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.