Kürdəmir rayonunda idarəetmədən çıxan avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

“Unikal” report-a istinadən xəbər verir ki, hadisə rayonun Bayraq meydanı ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Kia Rio” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan rayonun Muradxan kənd sakinləri - 1996-cı il təvəllüdlü Qəribov Vüqar Sarvan oğlu və 1996-cı il təvəllüdlü Baxşıyev Məhəmməd Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.