Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, adisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.