Xomeyninin nəvəsi jurnalisti döydürdü.

"Unikal" xəbər verir ki, bu barədə ILNA xəbər agentliyinin məlumat yayıb. Agentliyin müxbiri Höccətül-islam Seyid Həsən Xomeyninin (İran İslam İnqilabının qurucusu, ayətullah Xomeyninin nəvəsi) mühafizəçiləri tərəfindən döyülüb.

Agentliyin məlumatına görə, hadisə İnformasiya İnstitutunun və qəzetin direktoru Doainin vəfatının ildönümü mərasimində baş verib.

Qeyd olunub ki, Həsən Xomeyninin mühafizəçiləri ILNA-nın müxbirini döyərək jurnalist vəzifəsini yerinə yetirməsinə mane olublar.

Müxbir İranın keçmiş Prezidenti Məhəmməd Xatəmi ilə Həsən Xomeyninin birlikdə şəkillərinin çəkmək istəyərkən H. Xomeyninin iki mühafizəçisi onun içəri girməsinə mane olub.

Mühafizəçilər onun mobil telefonunu alıb və şəxsi mesajlarını yoxlayıblar. Müxbirin yumruq və təpiklə döyüldüyü, dəfələrlə təhqir edildiyi bildirilir.