Türkiyənin xarici işlər naziri NATO-nun qeyri-rəsmi toplantısına qatılmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri məlumat verib.
Norveçin xarici işlər naziri Anniken Huitfelt mətbuat konfransı zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun NATO ölkələrinin diplomatik idarələrinin rəhbərləri ilə qeyri-rəsmi görüşə gələ bilməyəcəyini bildirib . Yayım alyansın saytında aparılıb .
“İsveçin NATO-ya daxil olması Norveçin təhlükəsizliyi üçün çox vacibdir, biz bu ölkənin Norveçlə eyni hərbi alyansın üzvü olmasını istəyirik. Mən Türkiyənin xarici işlər naziri ilə görüşəndə bir neçə dəfə bu mövzunu qaldırmışam. Təəssüf ki, o, bu görüşə gələ bilməyəcək”, - Huitfelt bildirib.
Onun sözlərinə görə, Çavuşoğlu Türkiyə parlamentinin iyunun 1-nə təyin edilmiş ilk iclası ilə əlaqədar görüşə gəlməyəcək .
Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billstrom bildirmişdi ki, İsveç hakimiyyəti yaxın gələcəkdə Şimali Atlantika Alyansına qoşulmağa ümid edir .