Şimali Atlantika Alyansı Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə gizli plan hazırlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Statecraft" nəşri məlumat yayıb.
Bildirilir ki, NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində “minlərlə səhifəlik gizli hərbi planların” təsdiq edilməsi təklif olunacaq. KİV-in məlumatına görə, Soyuq Müharibədən sonra ilk dəfə olaraq bu planlar Rusiya Federasiyası ilə birbaşa qarşıdurma ssenarisini ətraflı təsvir edəcək.
"NATO-nun Brüsseldəki mənzil-qərargahında daimi hərbi nümayəndələr və alyansın digər rəsmiləri bu sənədləri qanunvericilər və müstəqil ekspertlər tərəfindən əvvəlcədən yoxlanılmadan bağlı qapılar arxasında hazırlayıblar",- nəşr vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, NATO Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra öz sərhədlərində mümkün hərbi əməliyyatlara hazırlaşır.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, ölkə ilə NATO arasında hərbi toqquşma riskləri artır.
Gülayə Mecid