Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, BƏƏ-dən olan Kayrat Satıbaldyuluna qarşı iş üzrə 14 milyon ABŞ dolları məbləğində vəsait dövlətə qaytarılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Xidməti məlumat yayıb. 

Bildirilir ki, Kayrat Satıbaldyul və digər şəxslərə qarşı aparılan istintaq tədbirləri çərçivəsində ölkədən qanunsuz çıxarılmış aktivlər, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul və digər əmlaklar Qazaxıstana qaytarılıb. 

"Bu vəsaitlər dövlət gəlirinə çevrilir və sosial məqsədlər üçün istifadə olunacaq”, - deyə məlumatda bildirilir.

Gülayə Mecid