Rusiya Dövlət Duması Azov dənizi və Kerç boğazı ilə bağlı Ukrayna ilə razılaşmanı denonsasiya edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Qeyd olunur ki, LXR, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən ilhaqından sonra sahilləri "yalnız Rusiya Federasiyasına aid olan" Azov dənizi və Kerç boğazı ətrafında yeni vəziyyət yaranıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni denonsasiya edən qanunu imzalayıb.