Moldovanın müxalif “Şor” partiyasının sədri Valeri Klimenko Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinə gəlişindən narahat olduğunu açıqlayıb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə Rusiya KİV-ə müsahibəsində danışıb.  

"Hesab edirəm ki, Ukraynada insanların öldüyü bir vaxtda ölkə prezidenti dünyanı, Moldovanı gəzmək əvəzinə öz əsgərlərinin yanında olmalıdır. İndi boş söhbətlərə görə vaxt itirmək lazım deyil", - Klimenko ifadə edib. 

Siyasətçi həmçinin qeyd edib ki, Zelenskinin Moldovaya səfəri "Avropa Siyasi Birliyi"nin sammiti ilə bağlıdır.

Gülayə Mecid