İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri artırılır.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işsizlikdən sığorta fondunun gəlirləri və xərclərinin hər birinin 5 milyon manat artırılaraq müvafiq olaraq 212 milyon 668 min 344,50 manatdan 217 668 344,50 manata çatdırılması təklif olunur.
Layihəyə əsasən, 2022-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti 53 032 194,5 manatdan 58 032 194,50 manata qaldırılır və artan bu vəsait İşsizlikdən sığorta fondunun gəlirlərinə əlavə edilir.
Həmçinin, işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri üzrə aşağıdakı dəyişikliklərin edilməsi təklif edilir:
- İşsizliyə görə sığorta ödənişləri yönəldilən vəsaitin 11 000 000,00 manatdan 13 500 000,00 manata qaldırılması;
- Peşə hazırlığı və əlavə təhsilin təşkilinə yönəldilən vəsaitin 22 000 000,00 manatdan 20 000 000,00 manata endirilməsi;
- Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə yönəldilən vəsaitin 2 000 000,00 manatdan 1 000 000,00 manata endirilməsi;
- Haqqı ödənilən ictimai işlərin təşkilinə yönəldilən vəsaitin 3 500 000,0 manatdan 4 225 000,0 manata qaldırılması;
- Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin 2 000 000,00 manatdan 1 500 000,00 manata endirilməsi;
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərclərinin 44 647 197,75 manatdan 48 822 197,75 manata qaldırılması;
- Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə yönəldilən vəsaitin 1 500 000,00 manatdan 2 600 000,00 manata qaldırılması.