“Natavanla münasibətim yaxşıdır. Uşağımın anası da, bacısı da övladıma padişah balası kimi böyüdüb saxlayırlar. Onların önündə baş əyirəm”.
"Unikal" xəbər verir ki, bu sözlər Reper Dado (Səid Əliyev) "Səhərin səsi" verilişində qonaq olarkən deyib. O, keçmiş həyat yoldaşı Natavan Həbibi ilə münasibətlərinə üçüncü şəxslərin müdaxilə etdiyini etiraf edib:
“Öz aramızda nə olubsa, hamısını qoyuram bir kənara. Bir-birimizin evinə tez-tez gedib gəlirik. Arada aramızda sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Natavanla münasibətimizdə üçüncü şəxslərin müdaxiləsi var idi. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil”.