Estoniya Baltik dənizində ilin ən böyük hərbi təlimi olan "Baltops 23" təlimlərinə başlayıb.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, təlimdə NATO-nun 50 hərbi gəmisi iştirak edir. 

52-ci dəfə keçirilən Baltops təlimlərinə ümumilikdə dəniz, quru və hava qüvvələrinin 6 minə yaxın hərbi qulluqçusu cəlb olunub. 

İki həftə ərzində müttəfiqlər digər məsələlərlə yanaşı, sualtı qayıqlara qarşı və hava hücumundan müdafiə, sursatların zərərsizləşdirilməsi və tibbi xilasetmə əməliyyatlarını da işləyəcəklər.

Qeyd edək ki, Estoniya üç ilə yaxındır bu təlimə hazırlaşırdı. 

Ağarza Elçinoğlu