Rusiyanın xarici işlər naziri Sergey Lavrov 5-6 iyun tarixlərində Tacikistana rəsmi səfər edəcək .

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir  .

Lavrovun Tacikistanda Mərkəzi Asiya ölkəsinin xarici işlər naziri Sirociddin Muhriddin ilə danışıqları, həmçinin prezident Emoməli Rəhmonla görüşü planlaşdırılır .

“Təmaslar zamanı ikitərəfli münasibətlərin aktual məsələlərini, Moskva və Düşənbə arasında müttəfiqliyin gələcək inkişaf perspektivlərini müzakirə etmək planlaşdırılır.”, - məlumatda deyilir.

Tərəflər əsas beynəlxalq platformalarda Moskva və Düşənbənin koordinasiyasına diqqət yetirəcəklər.