Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 5 ayı ərzində Azəri-Çıraq-Günəşli və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb.
ARDNF-dən "Unikal"a verilən məlumata görə, AÇG yatağından - bu ilin əvvəlindən iyun ayının 1-i tarixinə 3 013 mln. ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 iyun tarixinə 935,754 mln. ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 197,763 mln. ABŞ dolları təşkil edib.