2023-cü ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı üzrə layihələrin icrası üçün 3 milyard nəzərdə tutulub.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, bu vəsaitin 60 faizi ötən 5 ay ərzində icra olunub. Nazir bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib.
S.Şərifov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam etməkdədir.
Anar Kəlbiyev