Kərim Benzemanın "Real Madrid"lə vida mərasimi baş tutub. 

"Unikal" xəbər verir ki, baş tutan tədbirdə jurnalistlərin iştirakına icazə verilməyib. Belə ki, Benzema sualları cavablandırmaq istəməyib. 

"Bu kluba ilk gəldiyim gün dediyim kimi: "1, 2, 3... Hala Madrid!"

Qeyd edək ki, fransız forvardın 2024-cü ilin yayınadək müqaviləsi olsa da, "Kral klubu" ilə yollarını ayırmaq qərarına gəlib.