İstanbulun Kadıköy səmtində iki qrup arasında silahlı atışma olub.  

"Unikal"  xəbər verir ki, hadisə səhər saat 04:00 radələrində qeydə alınıb. Belə ki,  əvvəllər düşmənçilik edən iki qrup bir araya gələrək mübahisə etməyə başlayıb. Daha sonra dava silahlı atışmaya çevrilib.  İnsidentdə 3 nəfər yaralanıb.

Bölgəyə sağlamlıq və polis qrupları cəlb edilib. Polis davada iştirak edən hər iki tərəfdən ümumilikdə 7 nəfəri saxlayıb. Saxlanılan şəxslər polis bölməsinə aparılıb.

Gülayə Mecid