“Brüssel və Vaşinqton əvvəllər İrəvan və Bakı arasında danışıqlarda xüsusi fəallıq göstərmirdilər, indi isə vəziyyət dəyişib”.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə sualları cavablandırarkən deyib.
Onun fikrincə, tərəflər sülh yolu ilə nizamlanma üçün “səmimi olmalıdırlar”.
“Kənardan tətbiq edilən sülhsevər düsturlar, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq olunanlar heç zaman yaxşı heç nəyə gətirib çıxarmayıb. Eyni zamanda, Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşmasına çalışır və üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz yol xəritəsi hesab edir”, - Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, işlər plan üzrə gedir və tərəflərin yanaşmalarının yaxınlaşması, balanslaşdırılmış həll yollarının hazırlanması Moskva üçün prioritet olaraq qalır.