Əfqanıstanın qərbində ibtidai dini qız məktəbdə təhsil alan 40 şagird içməli sudan zəhərlənib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkən qızlar xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Bu hadisə Əfqanıstanda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı ilk hadisə deyil. Belə ki, iyunun 4-də 77 qız şagirdi də naməlum maddədən zəhərlənmişdi.
Gülayə Mecid