Cənubi Afrikada fevral ayında başlayan epidemiya zamanı vəbadan ölənlərin sayı 31-ə yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə hökumətin məlumatında qeyd olunub.

Gauteng əyalətində vəbadan 29 ölüm, Free State və Mpumalanga əyalətlərində 1 ölüm qeydə alınıb. Cənubi Afrikada ümumilikdə 166 laboratoriya tərəfindən təsdiqlənmiş vəba infeksiyası aşkar edilib, daha 202-si isə həkimlər tərəfindən yoxlanılır. Səlahiyyətlilər daha əvvəl 22 nəfərin öldüyünü açıqlamışdı.

Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramaposa cümə axşamı günü epidemiyanın episentrinə çevrilmiş paytaxt Hammanskraale ətrafına səfər edib. "İçməli su ilə bağlı problemlər uzun müddətdir Hammanskraale sakinlərinin şikayətlərinə səbəb olub", - deyən dövlət başçısı, "Hökumət adından sizi məyus etdiyimizə görə üzr istəyirəm".

Prezident bildirib ki, hakimiyyət orqanları vəba epidemiyası ilə mümkün qədər tez mübarizə aparmaq üçün bütün lazımi tədbirləri görür.

Cənubi Afrika Afrikada vəba hallarının qeydə alındığı yeganə ölkə deyil. 2022-ci ilin yazında Afrikanın cənubunda başlayan hazırkı epidemiyanın episentri Malavidədir. Bu il xəstəliyin epidemiyası qitənin cənub və qərbində yerləşən 14 ölkədə qeydə alınıb. Ən çox xəstələr Malavi (58,8 min) və Mozambikdə (26 min) olur.