Rusiyanın Voronej vilayətində PUA hücumu olub.

"Unikal" xəbər verir ki, bu barədə "Baza"  teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki, dron Voronej vilayətinin Belinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasına çırpılıb. PUA-nın partlaması nəticəsində iki nəfərin yaralanıb.