Kanadada günlərlə davam edən meşə yanğınlarının tüstüsü ABŞ-ın şimal-şərq ştatlarını təsir altına alıb

"Unikal" xəbər verir ki, Nyu-York şəhəri də tüstüdən ən çox təsirlənən bölgələrdən biri olub.

100 milyon insanın sağlamlığına təsir edən vəziyyətlə əlaqədar səlahiyyətlilər, xüsusilə ürək, ağciyər və tənəffüs yolu xəstəlikləri olanlara çölə çıxmamaq barədə xəbərdarlıq edib.  Nyu-Yorkda hava çirkliliyi indeksinin normadan 8 dəfə çox olduğu açıqlanıb. Şəhərdə nəfəs almaqda çətinlik çəkən Nyu-Yorklular şəhəri tərk etmək planları qururlar.