Növbəti mövsümün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.

"Unikal" xəbər verir ki, komanda Elvin Bədəlovla yeni müqavilə imzalayıb. İyirmi yeddi yaşlı müdafiəçi ilə ikiillik anlaşma əldə olunub.

Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”ın şərəfini qoruyan E.Bədəlov bu komandada 84 oyunda meydana çıxıb.