Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və mayın 17-də qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın sağ tapıldığı rəsmən təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro öz tviter hesabında paylaşım edib.
“Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiyanın cəngəlliklərində itən 4 uşaq sağ-salamat tapılıb”, - deyə paylaşımda qeyd olunub.
Həftələrlə uşaqlar üçün dayanmadan axtarış aparan hərbçilər bunu möcüzə adlandırıblar.
Sağ qalanlar arasında 11 aylıq körpə də var.