Yaponiya paytaxtı Tokionun Haneda beynəlxalq hava limanında 2 təyyarə toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qəzanın təyyarələrin uçuş zolağına doğru hərəkət zamanı baş verdiyi bildirilib. Hadisə nəticəsində xəsarət alanlar və dəyən zərər barədə məlumat verilməyib.

Qəza hava limanında bəzi uçuşların gecikməsinə səbəb olub.