"Danışıqlarda müəyyən irəliləyiş əldə olunub"
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-ya üzvlüklə bağlı keçirdiyi görüşdə bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya üzvlük gündəliyi ilə bağlı açıqlamalar verib.
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşünün "müsbət" keçdiyini bildirən Stoltenberq, "Danışıqlarda müəyyən irəliləyiş əldə olunub" deyib.
Stoltenberq, "İsveç NATO-ya üzv olmaq üçün üzərinə düşəni etdi. PKK üzvünün Türkiyəyə ekstradisiyası İsveçin mütəşəkkil cinayətkarlıqla mübarizədə maraqlarına uyğundur" deyə bildirib.