Türkiyənin Diyarbəkir vilayətində iki ailə arasında yaranan torpaq mübahisəsində ölənlərin sayı artıb.
"Unikal" Türkiyə mətbuatına istinadla xəbər verir ki, silahlı davada 9 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb. Faktla bağl araşdırma aparılır.
Ağarza Elçinoğlu
***12:57
Türkiyədə torpaq üstündə dava zamanı 8 nəfər öldürülüb.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda torpaq mübahisəsi zəminində iki ailə arasında baş verən davada 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb. Kənddə jandarma tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.