Gürcüstan Müdafiə Qüvvələrinin artilleriya batalyonunun komandiri, polkovnik-leytenant Qoderdzi Aprasidzeni Orfolo poliqonunda ildırım vurub.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Komandirin vəziyyəti ağır qiymətləndirilir: "Hərbçilərin vəziyyəti kritikdir, lakin həkimlər hemodinamik göstəriciləri stabilləşdirə biliblər".

Hərbi polis hadisə ilə bağlı araşdırma aparır.

Ağarza Elçinoğlu