Rusiya Federasiyasının Kursk vilayətində güclü partlayış baş verib.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, dron hücumu nəticəsində tekstil fabrikində yanğın başlayıb.
Məlumata görə, zərbə PUA-sı rabitə qülləsini dağıtmağa çalışıb. Qüllə vurulduqdan sonra müəssisənin inzibati binasının üzərinə düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında yanğının anbara keçdiyi bildirilib.
Sahəsi 2000 kvadratmetr olan yanğının söndürülməsinə 40-dan çox canlı qüvvə və 10 texnika cəlb olunub.
Ağarza Elçinoğlu