"Əgər hər şey hökumət və hökumət deputatlarının təqdim etdiyi kimi gözəl olsaydı, Ermənistandan mühacirət davam etməzdi". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, 2022-ci ildə ölkəni Ermənistan pasportu ilə 22 min nəfər tərk edib: "Əgər hər şey yaxşı olsaydı, cinayətlərin, narkomaniyanın, qumar oyunlarının, hər 100 min nəfərə düşən intiharların və boşanmaların sayı artmazdı", - deyə "Hayastan" partiyasının deputatı bildirib. 

Erməni deputat qeyd edib ki, avtobusların alınmasından tutmuş asfalta kimi görülən hər iş borcla edilib: "Ermənistan hakimiyyəti misli görünməmiş 12,6 faizlik iqtisadi artımdan danışır. Bu görünməmiş iqtisadi artım haradan qaynaqlanır, iqtisadiyyatın hansı sektorları xidmətlərə 9,34 faiz töhfə verir? Yəni Amerikadan metal qırıntıları idxal edən aqrar ölkədən, Rusiyaya ixrac edənlər ölkəsinə çevrildik". 

Ağarza Elçinoğlu