Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinin binasındadır.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan XİN xəbəri təsdiqləyib. Lakin səfirin nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.
Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır. Rusiyalı diplomata nota verildiyi iddia edilir.