Moldovada yerli fermerlər kütləvi etiraz aksiyaları elan ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "NewsMaker" məlumat yayıb .
"İyunun 19-dan Moldovada fermerlər kütləvi etirazlara başlayacaqlar. Kənd təsərrüfatı texnikası olan fermerlərin bir hissəsi Kişinyova gələcək - hökumət, parlament və Kənd Təsərrüfatı Nazirliyinin binaları yaxınlığında tətil keçirəcək. Qalanları isə respublika magistrallarında etiraz aksiyası keçirəcəklər", - KİV-də qeyd olunub.