Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində 16 nəfərin öldüyü, 31 nəfərin itkin düşdüyü bildirilir.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"16 nəfər: 14 nəfər Xerson vilayətində, 2 nəfər Nikolaev vilayətində ölüb. 31 nəfər itkin düşmüş hesab olunur", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib.