Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, xəbərdarlıqda deyilir:

Abşeron yarımadasında iyunun 18-i axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

İyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

12:26

İyunun 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-34° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.