Türkiyənin Ərzurum şəhərinin Aşkale rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Təbiət hadisəsinin episentri 12,52 kilometr dərinlikdə olub.
***10:01
Türkiyənin 3 şəhərində zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Adana 4, Malatyada 4,4 və Kahramanmaraşda isə 4 bal gücündə zəlzələlər qeydə alınıb.