Titanik gəmisinin qalıqlarını gəzmək üçün istifadə edilən kiçik sualtı qayıq Atlantik okeanında itib.
Britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinqin Atlantik okeanında itən kiçik sualtı qayığın göyərtəsində olması ailəsi tərəfindən təsdiqlənib.

"Unikal" xəbər verir ki, ingilis mətbuatında çıxan xəbərlərdə itən sualtı qayığın sahibi OceanGate Expeditions şirkətinin baş direktoru Stockton Rush-ın da sualtı qayıqda olduğu iddia edilib. Su gəmisində neçə nəfərin olduğu hələ məlum olmasa da, sualtı qayığı tapmaq üçün bu gün ABŞ-a bağlı Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Zaman-zaman mütəxəssislər və turistlər kiçik sualtı qayıqlarla birlikdə "Titanik"in qalıqlarını görmək üçün təşkil edilən turlarda iştirak edirlər. Hadisədən bir qədər əvvəl OceanGate Expeditions adlı özəl şirkət Titanik qəzasına səyahətlərinin davam etdiyini açıqlamışdı. Qalıqları görmək üçün şirkətin təşkil etdiyi 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub. "Titanik"in dağıntıları arasından dalış və çıxmaq təxminən 8 saat çəkir. OceanGate Expeditions özəl şirkəti tərəfindən Titanikin qalıqlarına təşkil edilən tur zamanı Atlantik okeanında itən kiçik sualtı qayığın axtarışları davam edir.