"Rusiya PUA-larla mübarizə aparır və öz tapşırıqlarının öhdəsindən səmərəli şəkildə gəlir".
"Unikal" xəbər verir ki,bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov PUA-ların Moskva vilayətinə gecə hücumlarını şərh edərkən deyib.
"Həqiqətən də hücum olub. Dronlarla mübarizə vasitələri öz vəzifələrinin öhdəsindən gəlib. İndi müvafiq orqanlar araşdırma aparır", - Kreml sözçüsü bildirib.
İyunun 21-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Rusiya hərbçiləri Moskva vilayətində iki pilotsuz təyyarəni vurublar. Daha sonra Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.