Rusiya 48 avstraliyalının ölkəyə girişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hərbi-sənaye kompleksinin podratçıları, jurnalistlər və deputatlar arasından əlavə 48 avstraliyalı üçün ölkəmizə giriş qeyri-müəyyən müddətə bağlanıb”, - deyə qeyd olunub.
Bu siyahıya baş nazirin müavini Viktoriya Castin Allan da daxildir.
Nazirlik bunun Avstraliyanın Rusiyaya qarşı atdığı addımlar fonunda bir siyasi cavab kimi dəyərləndirib.