Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələrini elan edib.

Bu barədə "Unikal"a DİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər.

https://eservices.dim.gov.az/erizemag/qabiliyyet

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında iyunun 23-də saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.